Daşkəsəndəki Olimpiya Kompleksinin yerinə Gənclər Mərkəzi
06 sentyabr 2010 16:11 (UTC +04:00)

Daşkəsəndəki Olimpiya Kompleksinin yerinə Gənclər Mərkəzi

Daşkəsəndə tikilməsi nəzərdə tutulan Olimpiya Kompleksi tikilməyəcək. Lent.az-ın məlumatına görə, həmin kompleksin yerində Gənclər Mərkəzi inşa olunacaq.

Bu barədə Gənclər və İdman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Nazirin sözlərinə görə həmin ərazidə əvvəl Olimpiya Kompleksinin tikintisi nəzərdə tutulsa da, sonda o ərazidə Gənclər Mərkəzinin tikilməsi barədə qərar verilib.

Azad Rəhimov söyləyib ki, həmin mərkəzdə gənclərin istirahəti üçün şərait qurulacaq və yay düşərgəsi təşkil ediləcək.

Elşən Məmmədov
# 948

Oxşar yazılar