Gənc hakimlər Qubada bir araya gəlib
06 sentyabr 2010 15:23 (UTC +04:00)

Gənc hakimlər Qubada bir araya gəlib

Quba olimpiya kompleksində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə gənc hakimlər üçün təlim-məşq toplantısı keçirilir. Məqsəd gənc və perspektivli hakimləri təyin etməkdir. Gənc hakimlərlə gün ərzində 3 dəfə məşq keçirilir. Bundan başqa, gənc hakimlərin nəzəri biliklərinin artırılması üçün dərslər təşkil olunub. AFFA hakimlər komitəsinin sədri Xəqani Məmmədov Lent.az-a bildirib ki, Unibank Premyer Liqasında yaranan fasiləni nəzərə alan AFFA təlim-məşq toplantısı keçirməyi qərara alıb.

Vəli Turan
# 489

Oxşar yazılar