US Open: Nadal və Federer 1/8 finalda
06 sentyabr 2010 14:15 (UTC +04:00)

US Open: Nadal və Federer 1/8 finalda

Lent.az-ın məlumatına görə, italiyalı Françesko Skyavone Anastasiya Pavlyuçenkovanı (Rusiya) 6:3, 6:0 hesabı ilə məğlub edərək, ¼ finala yüksəlib.

Növbəti mərhələdə onun rəqibi Venus Uilyams (ABŞ) olacaq. Venus Uilyams 1/8 finalda Şahar Peeri (İsrail) yenib – 7:6 (7:3), 6:3. Digər ¼ final qarşılaşmasında Samanta Stosurla (Avstraliya) Kim Kleysters (Belçika) üz-üzə gələcək. Stosur 1/8 finalda Yelena Dementyevanı (Rusiya) 6:3, 2:6, 7:6 (7:2), Kleysters isə Ana İvanoviçi (Serbiya) 6:2, 6:1 hesabı ilə üstələyib.

Kişilərin yarışında isə bütün 1/8 finalçılar müəyyənləşib. İspaniyalı Rafael Nadal 1/16 finalda Jill Simondan (Fransa) güclü olub – 6:4, 6:4, 6:2. Nadalın növbəti rəqibi həmyerlisi Felisiano Lopes olacaq.

İsveçrəli Roje Federer Pol-Anri Matyönü (Fransa) üstələyib – 6:4, 6:3, 6:3. Federer 1/8 finalda Yurgen Meltserlə (Avstriya) qarşılaşacaq.
# 519

Oxşar yazılar