Türkiyədə Aviasiya və Kosmos Universitet yaradılır
04 sentyabr 2010 17:50 (UTC +04:00)

Türkiyədə Aviasiya və Kosmos Universitet yaradılır

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Ankarada yaradılacaq universitetin İstanbul, İzmir, Konya və Əskişəhirdə də mərkəzləri olacaq.

“THQ Sabiha Gökçən Aviasiya və Kosmos Universiteti” adını alacaq universitetin yaradılması ilə bağlı ərizə Ali Təhsil Şurasına təqdim edilib. Universitetdə Aviasiya Peşə Məktəbi, Aviasiya və Kosmos Elmləri, Mühəndislik, Hava Nəqliyyatı və İşlətmə fakültələri olacaq.

Məzunlara iş təminatı verəcək universitetdə bakalavr dərəcəsində pilotluq dərsləri də keçiləcək. Fərqli bölümlərdən məzun olanlar da yeni açılacaq universitetdə magistratura oxumaqla pilot ola biləcəklər.
# 629

Oxşar yazılar