Sabiq baş naziri yumurtaya tutdular
04 sentyabr 2010 17:35 (UTC +04:00)

Sabiq baş naziri yumurtaya tutdular

Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyr “Bir səfər” (“A journey”) adlı kitabının təqdimatını keçirmək üçün İrlandiyanın paytaxtı Dublinə gedib. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, mərasimin olacağı “Eason” kitabxanasının qarşısına çoxlu sayda müharibə əleyhdarları toplaşıb.

Sabiq baş naziri “Bu gün neçə uşaq öldürdün?” şüarı ilə qarşılayan müharibə əleyhdarlarının etirazı bununla da yekunlaşmayıb. Aksiya iştirakçıları Toni Bleyrə ayaqqabı və yumurta atıblar. Polis aksiyaçıları çətinliklə ərazidən uzaqlaşdırıb.

Qeyd edək ki, Toni Bleyr İraq müharibəsi dövründə Böyük Britaniyanın baş naziri postunu tutub və britaniyalı əsgərlər amerikalılarla birgə İraq müharibəsinin əsas iştirakçıları olub. Baş nazir kitabında İraq müharibəsindən də söz açır.
# 578

Oxşar yazılar