“Taliban” ABŞ və Avropanı terrorla hədələdi
04 sentyabr 2010 12:03 (UTC +04:00)

“Taliban” ABŞ və Avropanı terrorla hədələdi

“Taliban”ın Pakistan qanadı (“Tehrik-e-Taliban-e-Pakistan”) ABŞ və Avropada yaxın vaxtlarda terror aktları törədəcəyini bəyan edib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu bəyanat ABŞ Dövlət Departamentinin rəsmi saytında təşkilatı terrorçular siyahısına salmasından 2 gün sonra səslənib.

“Tehrik-eTaliban-e-Pakistan”ın səhra komandirlərindən Hüseyn adlı şəxs “Reuters” agentliyinə açıqlamasında deyib ki, təşkilatın terrorçular siyahısına salınması ABŞ və müttəfiqlərinin onlardan qorxduğunu göstərir. Hüseyn Pakistan və Əfqanıstan ərazilərində daha böyük hücumlar həyata keçirəcəklərini də vurğulayıb: “Bizim hədəfimiz Pakistan və Əfqanıstandakı amerikalılar və onların müttəfiqləridir”.

ABŞ dövlət katibi Hillari Klinton isə bildirib ki, “Tehrik-e-Taliban-e-Pakistan” ABŞ-ın milli təhlükəsizliyini təhdid edir. ABŞ təşkilatın liderləri Haykimul Meshud və Vali ur-Rəhmanın başı üçün 5 milyon dollar ayırıb.
# 677

Oxşar yazılar