Gürcüstanda hərbi şəhərcik satışa çıxarıldı!
03 sentyabr 2010 17:57 (UTC +04:00)

Gürcüstanda hərbi şəhərcik satışa çıxarıldı!

Lent.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyi məlumat yayıb.


Sahəsi 24 674 kvadrat kilometr olan hərbi şəhərcikdə 12 bina var. Auksionda hərbi şəhərcik üçün ilkin qiymət 400 min dollar müəyyənləşdirilib. Hərbi şəhərcik gələcəkdə kurort mərkəzi kimi istifadə edilə bilər.


Qeyd edək ki, Kodjori Tiflisdən 18 kilometr uzaqlıqda, 1300-1400 metr hündürlükdə yerləşir. Yayı və qışı mülayim olur. Yayda temperatur müsbət 17 dərəcəni keçmir, qışda isə - yanvarda temperatur mənfi 3 dərəcədən aşağı düşmür. İl ərzində 800 mm yağıntının düşdüyü bu kurort bölgəsi sümük vərəminə və yüngül vərəmə tutulmuş şəxslərin müalicəsi üçün əlverişli zonadır.
# 936

Oxşar yazılar