Fəzail Ağamalı və Zahid Oruc əvvəlki dairələrdən namizəd olmaq niyyətindədirlər
03 sentyabr 2010 16:56 (UTC +04:00)

Fəzail Ağamalı və Zahid Oruc əvvəlki dairələrdən namizəd olmaq niyyətindədirlər

Bunu Lent.az-a açıqlamasında AVP sədrinin təşkilati məsələlər üzrə müavini, partiyanın Mərkəzi Seçki Qərargahının rəhbəri Etibar Quliyev söyləyib.


Etibar Quliyev deyib ki, eyni platformada dayanan partiyalarla blok yaratmaq olar: “Amma AVP heç bir partiya ilə fikir mübadiləsi aparmayıb. Namizədlərimiz də müəyyənləşib. 18 seçki dairəsi üzrə namizədimiz olacaq”.


Qeyd edək ki, seçkidə partiya kimi iştirak üçün baryer olmasa da, İctimai Televiziyada pulsuz efir vaxtı almaq üçün partiyanın 60-dan yuxarı seçki dairəsində namizəd irəli sürməsi lazımdır. Etibar Quliyev bildirir ki, AVP-nin 60 namizədinin olması gözlənilmir: “Əsas seçkilərdə uğurla iştirak etməkdir, çox namizəd irəli sürmək yox”.

Etibar Quliyev onu da qeyd edib ki, partiya sədri Fəzail Ağamalı və AVP sədrinin müavini, millət vəkili Zahid Oruc böyük ehtimalla əvvəlki parlament seçkisində millət vəkili seçildikləri dairələrdən namizədliklərini irəli sürmək niyyətindədilər.


Etibar Quliyev özü isə bu parlamenti seçkilərində namizəd olmayacaq: “Mən Mərkəzi Seçki Qərargahının rəhbəriyəm və partiyanın da Mərkəzi Seçki Komissiyasında səlahiyyətli nümayəndəsi olacam”.
# 611

Oxşar yazılar