Nazir müavini: “Azərbaycanda taxıl qıtlığı olmayacaq”
20 avqust 2010 19:30 (UTC +04:00)

Nazir müavini: “Azərbaycanda taxıl qıtlığı olmayacaq”

Azərbaycanda taxıl qıtlığı olmayacaq. Bu barədə Samuxa səfər edən Kənd Təsərrüfatı nazirinin müavini Aslan Aslanov məlumat verib. Onun bildirdiyinə görə, ölkədə sel və yağış nəticəsində yüksək məhsuldarlığı əldə etməyə imkan verməsə də, taxıl sarıdan problem olmayacaq.

“Ölkəyə 250000 ton taxıl idxal olunacaq. Taxıl əsasən Qazaxıstandan gətirilməlidir. Lazım olarsa, yenə də idxal mümkündür. Həmişə Rusiyadan da taxıl alınır. Lakin bu miqdar az olduğundan, həmin ölkədə taxıl istehsalının azalmasının Azərbaycana zərər vuracağı güman edilmir”, - deyə nazir müavini bildirib.

Vüsalə Cənnətova
# 1175

Oxşar yazılar