“Orifleym”in İranda fəaliyyəti dayandırılıb
20 avqust 2010 16:45 (UTC +04:00)

“Orifleym”in İranda fəaliyyəti dayandırılıb

Ona görə də, o, çeşidli bəhanələrlə xarici firmaları ölkədən çıxarır.

Lent.az-ın “skynews”-a istinadən məlumatında bildirilib ki, sahibkarlıq və ticarət mərkəzinin rəhbəri Həsən Radmərd İsveçin “Orifleym” şirkətinin islam Respublikasındakı fəaliyyətinin yasaqlandığını söyləyib.

Onun fikrincə, bu firma “piramida yaratmaq” əsasında fəaliyyət göstərir. “İranın nəzarət orqanları yoxlamalar nəticəsində bu qərar gəlib. Həm maliyyə, həm də ticarət sahəsində piramidanın qurulması İslam Respublikasının qanunları ilə ziddiyyət təşkil edir. Bu səbəbdən də onu ölkəmizdə fəaliyyəti müvəqqəti olaraq, dayandırılıb” - deyə, mərkəzin rəhbəri söyləyib.

H.Radmərd deyib ki, məsələ ilə bağlı şirkətə məlumat verilib, hələ ki onlardan cavab almamışıq: “Cavab alacağımız halda məsələyə yenidən qayıdacağıq”.

Bir müddət öncə, Tehranda çıxan “İran deyli” qəzeti yazmışdı ki, ənlik-kirşan istifadəsi üzrə İran dünyada 7-ci yerdədir. Hər il bu ölkənin qadınları 2,1 milyard avro xərcləyir.

Sədrəddin Soltan
# 686

Oxşar yazılar