14 yaşlı oğlan Baş Şirvan Kollektorunda batıb
03 sentyabr 2010 15:05 (UTC +04:00)

14 yaşlı oğlan Baş Şirvan Kollektorunda batıb

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, kollektorun Şirvan şəhəri yaxınlığından keçən hissəsində batmış 1996-cı il təvəllüdlü Kambayev Ceyhun Oruc oğlunun axtarışları başa çatıb. C.Kambayevin cəsədi batdığı yerdən 600 metr aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.



Fərid Əkbərov
# 641

Oxşar yazılar