“QHT-lərin seçkiləri müşahidə etməsi çox vacibdir”
03 sentyabr 2010 13:45 (UTC +04:00)

“QHT-lərin seçkiləri müşahidə etməsi çox vacibdir”

Bu gün Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin təşkilatçılığı ilə “2010-cu ilin parlament seçkiləri; problemlərin aradan qaldırılma yolları” mövzusunda tədbir keçirilib.

Lent.az-ın verdiyi məlumata görə, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru Eldar İsmayılov deyib ki, qanunlarımız təkmildir, demokratik seçkilərin keçirilməsi üçün şərait var.


O, QHT-lərin seçkilərin şəffaf keçirilməsi prosesində mühüm rol oynaya biləcəyini dilə gətirib.

Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Юurasının sədri Azay Quliyev bildirib ki, QHT-lər hakimiyyət uğrunda mübarizə aparmırlar, ictimai etimad baxımından QHT-lər tərəfindən seçkilərin müşahidə olunması vacibdir.

Millət vəkili Cəmil Həsənli qeyd edib ki, seçkilər siyasi olduğu qədər də ictimai prosesdir.
# 640

Oxşar yazılar