Vahid Ələkbərov yubileyinə Eros Ramazottini gətirdi
03 sentyabr 2010 12:05 (UTC +04:00)

Vahid Ələkbərov yubileyinə Eros Ramazottini gətirdi

“LUKoil” şirkətinin azərbaycanlı prezidenti Vahid Ələkbərov 60 illik yubileyini qeyd edib. Lent.az-ın “Cihan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın paytaxtı Moskvadakı “Crocus City Hall” salonunda keçirilən mərasimi Ələkbərovun ən yaxın dostu Araz Ağalarov təşkil edib.

Gecəni ölkənin ən gözəl xanımı, “Spokoynoy noçi, malışi” uşaq verilişinin aparıcısı Oksana Fyodorova aparıb. Amma tədbirə məşhur italiyalı müğənni Eros Ramazotti rəng qatıb. 46 yaşlı sənətçi səhnədə olduğu 40 dəqiqə ərzində ən sevimli mahnılarını yubilyara ərməğan edib. O, çıxışı müqabilində Ələkbərovdan 150 min dollar alıb.

Ramazottidən başqa rusiyalı musiqiçilər, o cümlədən, Larisa Dolina mahnılar səsləndiriblər. Gecəyə Azərbaycan diasporunun nümayəndələri də qatılıb.
# 588

Oxşar yazılar