Volqoqradda 500 tikili yanıb külə döndü...
03 sentyabr 2010 10:43 (UTC +04:00)

Volqoqradda 500 tikili yanıb külə döndü...

Sentyabrın 2-də Rusiyanın Volqoqrad vilayətində başlayan yanğınlar nəticəsində ən azı 502 tikili yanıb. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin vilayət idarəsi onlardan 380-nin yaşayış evi olduğunu bildirib.

Regionda yanğın təhlükəsi qalmaqdadır. Məsələn, Rudnyansk rayonunun Rudnıy qəsəbəsi yaxınlığında meşə tam şiddətlə yanmaqda davam edir. Son məlumatlara görə, yanğınlardan 12 nəfər yaralanıb. Ən azı 2 nəfər – təqaüdçü qadın və kişi yanaraq ölüb.

Sentyabrın 3-nə keçən gecə Rusiyanın Samara vilayətində də meşə yanğınları bərpa olunub. Tolyatti şəhəri yaxınlığında 200 hektar meşə sahəsi yanır.
# 578

Oxşar yazılar