Bakıda 20 yaşlı gənc öldürülüb
03 sentyabr 2010 10:41 (UTC +04:00)

Bakıda 20 yaşlı gənc öldürülüb

Bakının Suraxanı rayonunda qətl hadisəsi qeydə alınıb. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, rayonunun Atamoğlan küçəsində 3 nəfər arasında düşən mübahisə zamanı 1990-cı il təvəllüdlü İnqilab Məmmədov və 1988-ci il təvəllüdlü Əhməd Kərimov bıçaqlanıblar. Yaralılardan İ. Məmmədov ölüb.


Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində qətli törədən şəxs tutulub. İ.Məmmədovu qətlə yetirən Məmmədvəli Xalıqov olduğu müəyyənləşib. Belə ki, axşam saatlarında M.Xalıqov ilə İ.Məmmədov və Ə.Kərimov arasında mübahisə düşüb. X.Məmmədovun atası Sübhan Məmmədov da davaya qarışıb. M.Xalıqov cibində olan bıçaqla İ.Məmmədov və Ə.Kəromova ağır xəsarət yetirib.



Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Fərid Əkbərov
# 522

Oxşar yazılar