Uşaqlar üçün komendant saatının tətbiqi gündəmə gəlir
03 sentyabr 2010 10:09 (UTC +04:00)

Uşaqlar üçün komendant saatının tətbiqi gündəmə gəlir

Lent.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna Daxili İşlər Nazirliyi belə bir təşəbbüslə çıxış edib. Daxili İşlər Nazirliyinin cinayət axtarışı şöbəsinin rəis müavini Viktor Suranov Kiyevdə keçirdiyi mətbuat konfransında deyib ki, nazirlik parlamentin bununla bağlı qanun qəbul etməsini istəyir.

Onun sözlərinə görə, yetkinlik yaşına çatmayanlar gecələr küçəyə tək çıxmamalı, digər tərəfdən, valideynləri uşaqlarının harada olmasını bilməlidirlər: “Bu məsələ yaş senzini müəyyənləşdirməyi tələb edir. Bu məsələni insanların konstitusion hüquqlarını pozmadan tənzimləmək lazımdır”.
Qeyd edək ki, Ukraynanın bir neçə şəhərində artıq yerli hakimiyyət orqanları yetkinlik yaşına çatmayanlar üçün komendant saatı tətbiq edib. Uşaqlara valideynlərinin və digər yaxınlarının müşayiəti olmadan ictimai yerlərdə, restoranlarda, ticarət mərkəzlərində, əyləncə yerlərində, hündür mərtəbəli binaların həyətlərində olmaq, ictimai nəqliyyata minmək qadağan edilib.
# 573

Oxşar yazılar