Dəniz quldurlarının qənimi türklər olacaq
02 sentyabr 2010 23:51 (UTC +04:00)

Dəniz quldurlarının qənimi türklər olacaq

Somali sahillərində, Ədən körfəzində və Hind okeanında dəniz quldurlarının artan hücumlarına qarşı mübarizə aparmaq məqsədilə təsis edilən və “CTF-151” adlandırılan çoxmillətli Birləşmiş Mübarizə Qüvvələrinə komandanlıq Türkiyəyə keçib.


Lent.az-ın Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Türkiyə bu ilin dekabrına qədər “CTF”-yə komandanlıq edəcək.


Qeyd edək ki, Türkiyə bundan əvvəl 2009-cu il 3 may-15 avqust tarixlərində dəniz quldurlarına qarşı mübarizə aparan qüvvələrə komandanlığı həyata keçirib. Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanlığının əmri ilə general Sinan Ertuğrul artıq Bəhreyndə komandanlığı təhvil alıb. “CTF”-yə komandanlıq Türkiyənin “TCG-Gökçeada” hərbi gəmisindən həyata keçiriləcək.
# 655

Oxşar yazılar