Ordumuzun əsgəri intihar edib
02 sentyabr 2010 18:14 (UTC +04:00)

Ordumuzun əsgəri intihar edib

Abşeron rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 18 yaşlı Sadıqov Tacəddin Nurəddin oğlu avqustun 10-da xidmət etdiyi, Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədən qaçıb. Valideynləri onu xidməti yerinə geri qaytarmaq istədikdə isə əsgər sirkə turşusu içərək özünü öldürmək istəyib. O, valideynləri tərəfindən avqustun 23-də Klinik Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Əsgər ötən gün dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda intiharın səbəbləri araşdırılır.
# 449

Oxşar yazılar