“Eyni yatağı paylaşdıq...”
03 sentyabr 2010 04:53 (UTC +04:00)

“Eyni yatağı paylaşdıq...”

İngiltərə xarici işlər naziri Villyam Haguein kişi sevgilisi olduğu iddia edilən xüsusi məsləhətçisi Kristofer Myers istefa verib. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Villyam Haguein 29 yaşlı Kristofer Myersi bir neçə həftə əvvəl xüsusi məsləhətçisi təyin edib.

Ancaq xarici işlər nazirinin xüsusi məsləhətçisi ilə özəl münasibətləri olduğu yönündə iddialar ingilis mətbuatında dərc olunub və ölkədə geniş rezonans yaradıb. Bir sıra qəzetlər Villyam Haguenin Kristofer Myer ilə birlikdə səhər qaçışla məşğul olan zaman yan-yana çəkilmiş şəkillərini də dərc edib.

Ancaq xarici işlər naziri Kristofer Myersin sevgilisi olduğunu qəti şəkildə təkzib edib. Kristofer Myersi gənc və istedadlı bir şəxs olduğunu söyləyən Vilyiam Haguen məsləhətçisinin istefa etməsinin daha doğru olduğu yönündə qərar verdiyini bildirib. Xarici işlər naziri xanımı Ffion Haguenin ona bir neçə dəfə xəyanət etməsinə baxmayaraq, hazırda onunla birlikdə xoşbəxt yaşadığını da dilə gətirib.

Villyam Haguen xüsusi məsləhətçisi ilə onun arasında özəl münasibətlərin olması barədə mətbuatda yazılanların isə bir səbəbi olduğunu düşünür: “Kristofer Myers ilə bir neçə dəfə cüt yataqlı otağı paylaşdıq, ancaq bunun bu şəkildə yanlış anlaşılacağını düşünmədik. Bilsəydik, bu şəkildə hərəkət etməzdik”.
# 588

Oxşar yazılar