Erməni Azərbaycan parlamentinin deputatı olmaq istəyir
02 sentyabr 2010 17:13 (UTC +04:00)

Erməni Azərbaycan parlamentinin deputatı olmaq istəyir

Azərbaycan Erməniləri Assambleyasının sədri Qriqori Ayvazyan Bakıya qayıtmaq üçün hüquq və zəmanət əldə etmək xahişi ilə BMT-nin qaçqın məsələləri üzrə ofisinə müraciət edib.


Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, Qriqori Ayvazyan bunu bu gün keçirdiyi mətbuat konfransında söyləyib.

Qriqori Ayvazyanın fikrincə, onun və digər Azərbaycan ermənilərinin hüququ var ki, BMT-in qaçqın məsələləri üzrə ofisindən və Azərbaycan prezidenti İlham Əliyevdən Azərbaycan vətəndaşı kimi təhlükəsizliklərinin qorunmasının təmin edilməsini tələb etsinlər: “Mənim hüquqlarım heç bir Azərbaycan vətəndaşının hüquqlarından az deyil və mənim də Milli Məclisin deputatı seçilmək hüququm var. Bunu mənə heç kəs qadağan edə bilməz”.


Özünü Azərbaycan vətəndaşı kimi qələmə verən Qriqori Ayvazyan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına və 1 milyondan çox azərbaycanlının yurd-yuvasından qovulmasına isə münasibət bildirməyib.
# 610

Oxşar yazılar