Çində 70 nəfər torpaq altında qaldı
02 sentyabr 2010 10:32 (UTC +04:00)

Çində 70 nəfər torpaq altında qaldı

Lent.az-ın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, onlardan 3 nəfəri ölüb, 57 nəfər itkin düşüb, 11 nəfəri isə xilas etmək mümkün olub. İtkin düşənlərin axtarışları davam edir.

Sürüşmə sentyabrın 1-də axşam Lunyan rayonunun Vama kəndi yaxınlığında baş verib. Bu kənddə 82 nəfər yaşayır. Zərərçəkənlərin xilası üçün kəndə 160 nəfər hərbçi göndərilib. Bundan əlavə, sürüşmənin səbəblərini öyrənmək üçün hadisə yerinə geoloqlar qrupu göndərilib.

Vama kəndi sıldırım qayalar və çay arasında yerləşir. Bu ərazidə torpaq sürüşmələri tez-tez baş verir.
# 574

Oxşar yazılar