14 əyalətin arasında Azərbaycan bölgələri yoxdur
01 sentyabr 2010 22:40 (UTC +04:00)

14 əyalətin arasında Azərbaycan bölgələri yoxdur

Mahmud Əhmədinijatın başçılıq etdiyi hökumət İranın 14 bölgəsində Xüsusi İqtisadi Zonanın (XİZ) yaradılması haqda qanun layihəsini parlamentə təqdim edib. Bununla hökumət qanunverici maneələri aradan qaldırmaq, habelə yeni iş yerləri açmaq və bu yolla azad sənaye-ticarət zonası yaratmaq niyyətindədir.

Lent.az-ın «Iran News»-a istinadən məlumatında bildirilib ki, qanun layihəsinə əsasən yeni XİZ-lər ölkənin aşağıdakı bölgələrində açılacaq: Hörmüzqan əyalətində («Parsian» XİZ və Lavan adasında XİZ), Yəzddə (Ərdahan metallurgiya XİZ və Saduke XİZ ), Mərkəzi əyalətdə (Kavə XİZ, Zərəndiyə mebel XİZ), Şimali Xorasan (Bucnurd XİZ), Xorasan-Rəzəvi (Səbzivar XİZ), Lorustan (Bürucerdi XİZ), Gilanda (Lahican XİZ), Farsda (Cəxrom XİZ), Kirmanşahda (Qəsri-Şirin XİZ), İsfahanda (Şiraz XİZ).

Hökumət bununla daxili və xarici sərmayənin artacağını, avadanlığın gətirilməsi üçün xərclərin azalacağını ehtimal edir.

Sədrəddin Soltan
# 659

Oxşar yazılar