Tacikistan prezidenti tacikləri hicab taxmamağa çağırdı
01 sentyabr 2010 18:43 (UTC +04:00)

Tacikistan prezidenti tacikləri hicab taxmamağa çağırdı

Tacikistan prezidenti İmaməli Rəhman tacikləri hicab taxmamağa çağırıb.

Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, İmaməli Rəhman Tacikistanda çoxlu qadın və qızın xarici müsəlman ölkələrin stilində geyinməsindən narazılığını bildirib. Prezident deyib ki, tez-tez paytaxt küçələrində belə qadın və qızları görür: “Əgər Tacikistanın mədəniyyəti ilə fəxr ediriksə, taciklərin milli geyim stili ilə kifayətlənməliyik. Bu, digər ölkələrlə müqayisədə daha azad geyimdir. Bu azadlığa hörmətlə yanaşmalıyıq”.


İmaməli Rəhman zarafat da edib: “Əgər siz başqa ölkənin geyim stilini bəyənirsinizsə, mən sizi ora göndərərəm”.


Xatırladaq ki, tacik lideri bundan əvvəl xarici ölkələrin dini məktəblərində övladları oxuyan valideynlərə müraciət edib və onları övladlarını geri çağırmağa səsləyib. İmaməli Rəhman hesab edir ki, hicab və çadra tacik mədəniyyətinə yaddır.
# 831

Oxşar yazılar