Futbol üzrə dünya çempionatında QİÇS təhlükəsi
04 iyun 2010 13:00 (UTC +04:00)

Futbol üzrə dünya çempionatında QİÇS təhlükəsi

Futbol üzrə dünya çempionatının keçiriləcəyi Cənubi Afrikaya 2,2 milyon turistin səfər edəcəyi gözlənilir.


Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə. Cənubi Afrikaya 100 min civarında fahişənin də axın edəcəyi güman olunur. Cənubi Afrikada fahişələrin 50 faizi QİÇS (AIDS) xəstəsi olduğu üçün vəziyyətin tamamilə nəzarətdən çıxmasından ehtiyat edilir. Ölkədə nəzarət altına alına bilinməmiş fahişə sektorunda milyonlarla turistin ölkəyə gəlməsi ilə vəziyyətin daha da pisləşəcəyi qaçılmaz görünür.


Elə bu səbəbdən də Yohannesburqdakı Vitatersrand Universitetinə bağlı olan AİDS Araşdırmaları Mərkəzi fahişələrin təhsili və alternativ iş imkanlarının tapılması istiqamətində çalışır. Futbol üzrə dünya çempionatı ilə əlaqədar artıq Yohannesburqun Hillbrov istiqamətində mini klinika açıb və fahişələri pulsuz müayinədən keçirməyə başlayıb.
# 639

Oxşar yazılar