Edam hökmü ləğv edildi, intihar etdi
01 sentyabr 2010 11:35 (UTC +04:00)

Edam hökmü ləğv edildi, intihar etdi

Lent.az-ın “San Francisko Chronicle” qəzetinə istinadən verdiyi məlumata görə, əqli zəifliyi olan cinayətkarın əsəbləri dözməyib.

İntihar zamanı 70 yaşı olan Con Smit 1988-ci ildə Şeril Neslini öldürdüyünə görə edam cəzasına məhkum edilib. O zaman Smit qarət məqsədilə qadının evinə girib, onu zorlamağa cəhd edib və sonra qətlə yetirib. Məhkəmə onu bütün ittihamlar üzrə müqəssir bilərək, barəsində ölüm hökmü çıxarıb.

Kaliforniya Ali Məhkəməsi 1999-cu ildə Smitin edam hökmünü təsdiq etsə də, cinayətkar edam edilməyib. Amma 2008-ci ildə Kaliforniya Ali Məhkəməsi işə yenidən baxılması barədə qərar çıxarıb. Məhkəmə ABŞ Ali Məhkəməsinin 2002-ci ildə qəbul etdiyi qərarı əldə rəhbər tutub. Həmin qərara görə, əqli cəhətdən geriliyi olan insanların edam edilməsi qeyri-humanist sayılır. Bu günlərdə Smitin barəsindəki edam cəzası ləğv edilib. Amma o, hökmün ləğvindən bir neçə gün sonra intihar edib.
# 599

Oxşar yazılar