Bəhramtəpə yolu bağlandı
01 iyun 2010 20:00 (UTC +04:00)

Bəhramtəpə yolu bağlandı

Bu gündən etibarən Bəhramtəpə-Biləsuvar avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulur.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, buna səbəb Araz çayının yeni qolunun açılması ilə əlaqədar olaraq Bəhramtəpə-Biləsuvar avtomobil yolunun 4-cü kilometrliyində müvafiq işlər görülməsidir. Belə ki, Araz çayının yeni qolunun açılması ilə əlaqədar həmin istiqamətdə yeni tikilmiş körpü üzərindən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulur. Minik avtomobilləri və kiçik tutumlu sərnişin avtobusları istisna olmaqla digər nəqliyyat vasitələrinin bu istiqamətdə hərəkəti qadağan olunur.

Nəqliyyat Nazirliyi vətəndaşlara alternativ yol kimi Ələt-Hacıqabul-Bəhramtəpə və əks istiqamətdə hərəkət etməyi məsləhət görür. Ağır çəkili yük maşınları isə Beyləqan və Salyan istiqamətində hərəkət edə bilərlər.

Xatırladaq ki, ötən həftə Nəqliyyat Nazirliyi sel sularının yaratdığı təhlükə ilə əlaqədar olaraq, Bakı-Ələt-Astara və Bakı-Ələt-Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun müəyyən hissələrində avtomobillərin hərəkətinin dayandırıla biləcəyi barədə xəbərdarlıq etmişdi.

Elxan SALAHOV
# 734

Oxşar yazılar