Parapsixoloq Tofiq Dadaşov Teymur Rəcəbova yardımdan imtina etdi
01 iyun 2010 10:00 (UTC +04:00)

Parapsixoloq Tofiq Dadaşov Teymur Rəcəbova yardımdan imtina etdi

Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov deyib.


Onun sözlərinə görə, hazırda AŞF rəhbərliyi şahmatçılarımızın psixoloji hazırlığını yüksək səviyyəyə qaldırmağa qadir olan psixoloq axtarışındadır. Məmmədov vaxtilə Harri Kasparova Anatoli Karpovla keçirdiyi dünya şahmat tacı uğrunda görüşdə kömək etmiş məşhur parapsixoloq Tofiq Dadaşova yenidən müraciət etdiklərini açıqlayıb. Lakin Dadaşov təklifi müsbət cavablandırmayıb: “Təqribən 2-3 il öncə Tofiq müəllimdən şahmatçılarımızla məşğul olmasını xahiş etdik. Lakin o, imtina etdi. Dedi ki, hazırda başqa istiqamətdə çalışır”.


Qeyd edək ki, şahmat tacına iddiaçıların turnirinə vəsiqə qazanan Azərbaycanın ilk təmsilçisi Teymur Rəcəbov Lent.az-a müsahibəsində psixoloqa ehtiyac duyduğunu bildirib.

Elşən Məmmədov
# 2184

Oxşar yazılar