İsrail-Fələstin danışıqlarına HƏMAS-ın qanlı hədiyyəsi
01 sentyabr 2010 10:32 (UTC +04:00)

İsrail-Fələstin danışıqlarına HƏMAS-ın qanlı hədiyyəsi

Bu həftənin cümə axşamı Vaşinqtonda İsrail və Fələstin sülh danışıqlarının başlayacağı ərəfədə tərəflərin qanını qaraldan olay baş verib.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Qərbi Şeriada bir fələstinli 4 israillini öldürüb. Olay El Halil şəhəri yaxınlarında baş verib. İsrail rəsmiləri fələstinli silahlının içərisində israillilərin olduğu avtomobilə atəş açdığını bildiriblər. Son zamanlar israillilərə yönəlik ən qanlı hücumda 2 qadın və 2 kişi həyatını itirib. Məsuliyyəti HƏMAS-ın silahlı qanadı üzərinə götürüb. Yayılmış açıqlamada hücumun davamlı əməliyyatın başlanğıcı olduğu bildirilib.

Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasla görüşmək üçün Vaşinqtona gedən İsrail baş naziri Benyamin Netenyahunun olaya reaksiyası sərt olub. Təhlükəsizlik qüvvələrinə siyasi məhdudiyyətləri düşünmədən caniləri yaxalama təlimatı verən Benyamin Netanyahu olayın İsrailin təhlükəsizlik tələblərinin haqlı olduğunu göstərdiyini vurğulayıb.
# 555

Oxşar yazılar