Rusiya Baş Kəşfiyyat İdarəsinin ikinci şəxsinin cəsədi Türkiyədə tapılıb
01 sentyabr 2010 10:18 (UTC +04:00)

Rusiya Baş Kəşfiyyat İdarəsinin ikinci şəxsinin cəsədi Türkiyədə tapılıb

Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, generalın cəsədini su Hatayın Çevlik kəndi istiqamətində sahilə çıxarıb. Suriyadakı Rusiya bazasına səfər edən generalın çeçen silahlıları tərəfindən öldürüldüyü iddia edilir.


52 yaşlı Yuri İvanov avqustun əvvəlində Rusiyanın Suriyanın Tartus şəhərində fəaliyyətə başlayacaq hərbi bazasında araşdırma aparmaq üçün bu ölkəyə gedib. Daha sonra Suriya kəşfiyyatının nümayəndələri ilə görüşmək üçün Suriya prezidenti Bəşər Əsədin də ailəsinin birlikdə istirahət etdiyi Lazkiye şəhərinə gəlib. Ancaq general burada yoxa çıxıb.


Generalın cəsədi avqustun 16-da Hatayın Çevlik kəndində sahilə çıxıb. Cəsədi tanımaq çətin olub. Bunun generalın cəsədi olmasından şübhələnən rusların ehtimalı isə ekspertiza zamanı özünü doğruldub. Rusiya mətbuatına görə, Volqa çayı sahillərində dünyaya göz açan və yaxşı üzməyi bacaran Yuri İvanovun boğulma ehtimalı çox aşağıdır. “Komsomolskaya Pravda” qəzetinin iddiasına görə, general çeçenlər tərəfindən qaçırılaraq öldürülüb.
# 531

Oxşar yazılar