“Earl” qasırğasının gücü dördüncü dərəcəyə yüksəldi
31 avqust 2010 20:03 (UTC +04:00)

“Earl” qasırğasının gücü dördüncü dərəcəyə yüksəldi

Karib adalarını vuran “Earl” qasırğasının gücü artıq dördüncü dərəcəyə yüksəlib və dağıdıcılıq təsiri artıb. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, qasırğa Porto-Rikoya doğru irəliləyir.

Bölgədəki bir çox yerdə yüksək həyəcan vəziyyəti elan edilib. “Aleks”dən sonra ikinci böyük qasırğa olan “Earl”ın sürətinin saatda 215 kilometrə çatdığı bildirilir. ABŞ Qasırğalar Mərkəzi qasırğanın sürətinin iki gün içərisində daha da arta biləcəyi haqda xəbərdarlıq edib.

Yaponiya da qasırğanın təsiri altındadır. Ölkənin cənubunu vuran “Kompasu” tayfunu bölgədə həyatı iflic edib. Qasırğa səbəbindən Okinava adalar qrupu ilə əlaqəli 200 uçuş və bir çox dəniz səfəri ləğv edilib. Bölgədə 15 min sərnişin səfərini təxirə salmalı olub.

Tayvanda isə 5,2 bal gücündəki zəlzələdən sonra tufan olub. Ağaclar qırılıb, bəzi yollar bağlanıb. Ölkədə güclü fırtına gözlənilir
# 616

Oxşar yazılar