BMT baş katibi şokda
31 may 2010 10:45 (UTC +04:00)

BMT baş katibi şokda

BM baş katibi Ban Ki Mun İsrailin Qəzzaya humanitar yardım aparan gəmilərə hücumundan şoka düşdüyünü deyib.

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Uqandanın paytaxtı Kampalada səfərdə olan BMT baş katibi hücumda din insanların öldürülməsini qınadığını bildirib və geniş miqyaslı istintaq başladılmasının həyati əhəmiyyət daşıdığını vurğulayıb.

Ban Ki Mun İsrailin bu qanlı hücumla bağlı dünya ictimaiyyətinə açıqlama verəcəyinə inamını ifadə edib.

Ancaq İsrailin müdafiə naziri Ehud Barak Təl-Əvivdə keçirdiyi mətbuat konfransında yardım karvanını siyasi təxribat adlandırıb. Karvanın təşkilatçılarının qarşıdurma tərəfdarı olduğunu iddia edən Ehud Barak olaya görə məsuliyyəti də onların daşıdığını söyləyib.
# 767

Oxşar yazılar