Göygöldə də qızıl yatağı aşkarlanıb
23 aprel 2010 13:45 (UTC +04:00)

Göygöldə də qızıl yatağı aşkarlanıb

Göygöl rayonu ərazisində yeni qızıl yatağı aşkarlanıb. Böyük ehtiyata malik yatağın işlənməsinə yaxın 1-2 ildə başlanacaq.


Lent.az-ın məlumatına görə, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bu gün keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, artıq Daşkəsən rayonu ərazisindəki “Çovdar” yatağında kəşfiyyat işləri yekunlaşıb və işlənilməsi üçün sanksiya verilib. Həmin qızıl yatağının istismarına 2012-ci ildə başlanılması planlaşdırılır.


Hüseynqulu Bağırov əlavə edib ki, son 7-8 ildə geoloqlar tərəfindən 170-ə yaxın müxtəlif faydalı qazıntı yatağının aşkarlanıb. Həmin yataqların hamısı istehsalçılara təhvil verilib. Hazırda geoloqlar tək Kiçik və Böyük Qafqaz, Talış dağlarında da faydalı qazıntı yataqlarını axtarır.


Elxan SALAHOV
# 749

Oxşar yazılar