Mübariz Mənsimov Türkiyənin milyarderləri sırasında
11 mart 2010 15:00 (UTC +04:00)

Mübariz Mənsimov Türkiyənin milyarderləri sırasında

“Forbes” jurnalı dünya milyarderlərinin siyahısını açıqlayıb.

Lent.az-ın verdiyi məlumata görə, ilk onluğa 53,5 milyard dollarla telekommunikasiya sahəsində şirkətləri olan meksikalı iş adamı Carlos Slim Helu rəhbərlik edir.

Beləliklə, 1994-cü ildən sonra dünyanın milyarderlər siyahısına ABŞ-dan olmayan milyarder liderlik edib. “Microsoft”un qurucusu Bill Qeyts 53 milyard dollar sərvəti ilə 1 pillə enib və ikinci sırada qərarlaşıb. “Forbes” jurnalı Bill Qeytisin xeyriyyə işlərinə böyük miqdarda vəsait ayırdığı üçün birinciliyi əldə verdiyini yazıb. “Berkshire Hathaway” şirkətinin rəhbəri Varren Buffett isə 47 milyard dollar ilə üçüncü sıraya yüksəlib.

İlk onluqda digər yerləri Mukesh Ambani (29 milyard dollar, Hindistan), Lakşmi Mittal (28.7 milyard dollar, Hindistan), Larry Ellison (28 milyard dollar, ABŞ), Bernard Arnault (27.5 milyadr dollar, Fransa), Eike Batista (27 milyad dollar, Braziliya), Amancio Ortega (25 milyard dollar, İspaniya) və Karl Albrext (23.5 milyard dollar, Almaniya) tutublar.

Türkiyədə isə 1 il öncə ilə müqayisədə milyarderlərin sayı 16 nəfər artıb və 28-ə çatıb. Türkiyənin milyarderləri sırasında Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov da var. O, Türkiyədə milyarderlər arasında sərvətinə görə 19-cu yerdə qərarlaşıb.
Türkiyə milyarderlərinin siyahısı:
1. Hüsnü Özyeğin- 3 milyard dollar
2. M. E. Karamehmet - 2.9 milyard dollar
3. Şarık Tara - 2.6 milyard dollar
4. Fərid Şahənk - 2.1 milyard dollar
5. Murad Ülkər - 2.1 milyard dollar
6. Ali İ. Ağaoğlu - 2 milyard dollar
7. Erman Ilıcak -2 milyard dollar
8. Filiz Şahənk - 2 milyard dollar
9. Semahat Arsel - 1.7 milyard dollar
10. Rəhmi Koç - 1.6 milyard dollar
11. Ahmet N. Zorlu - 1.5 milyard dollar
12. Suna Kıraç -1.4 milyard dollar
13. Kamil Yazıcı - 1.4 milyard dollar
14. Mehmet R.Başaran - 1.3 milyard dollar
15. Bülent Eczacıbaşı - 1.3 milyard dollar
16. Tuncay Özilhan - 1.3 milyard dollar
17. Faruk Eczacıbaşı - 1.2 milyard dollar
18. Mehmet S. Tara - 1.2 milyard dollar
19. Mubariz Mənsimov - 1.1 milyard dollar
20. Ahsen Özokur - 1.1 milyard dollar
21. Ahmet Çalık -1 milyard dollar
22. Turgay Ciner - 1 milyard dollar
23. Aydın Doğan - 1 milyard dollar
24. Suzan S. Dinçer - 1 milyard dollar
25. Şevket Sabancı - 1 milyard dollar
26. Deniz Şahenk - 1 milyard dollar
27. Mustafa L. Topbaş - 1 milyard dollar
28. Murad Varqı -1 milyard dollar
# 1747

Oxşar yazılar