Zay məhsullar satılan mağaza və marketlər - Siyahı
04 mart 2010 20:30 (UTC +04:00)

Zay məhsullar satılan mağaza və marketlər - Siyahı

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti respublikanın müxtəlif şəhər və rayonlarında monitorinq keçirib.


Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, monitorinq zamanı müxtəlif mağaza və marketlərdən ümumi çəkisi 1,7 tondan çox saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən kolbasa, qənnadı məmulatları, yağlar, süd və süd məhsulları, makaron və un məmulatları, konservləşdirilmiş məhsullar, pivə, sərinləşdirici içkilər, meyvə şirələri, çay, uşaq yeməkləri və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Həmin mağaza və marketlər aşağıdakılardır:

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində

- Sülh küçəsi, 2/20 ünvanında Cavanşir Abdullayevə məxsus mağaza;
- Sülh küçəsi, ev 1, mənzil 186 ünvanında yerləşən “Sona market”;
- N.İsmayılov prospektində Eldar Dadaşova məxsus mağaza;
- Sülh küçəsi, 1 ünvanında “Qostronom market”;
- Neftçilər küçəsi, 4096 məhəllədəyerləşən “Eltun market”;
- Gənclik küçəsi, 35 ünvanında Qəndəv Məmmədovaya məxsus mağaza;
- N.İsmayılov küçəsi, 78, mənzil 1 ünvanında “Türkanə market”;
- Y.Əliyev küçəsi, ev 22, mənzil 1 ünvanında “Flaqman market”;
- Ə.Kərim və Mədəniyyət küçələrinin kəsişməsində “1001 dad market”;
- Y.Əliyev küçəsində Arzu Ələkbərovaya məxsus mağaza;
- M.Əmirov və S.Qocayev küçələrinin kəsişməsində yerləşən “Sabir market”;
- Y.Əliyev küçəsi, ev 35 ünvanında Zahid Şəfizadəyə məxsus mağaza;

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində

- M.Süleymanov küçəsi, ev 4 ünvanında Eldar Dadaşova məxsus mağaza;
- C.Qurbanov küçəsi, 33 ünvanında Elşən Ağayevə məxsus mağaza;
- R.Qəmbərov küçəsində Sevinc Şərifovaya məxsus mağaza;
- M.Fətəliyev küçəsi, ev 1 ünvanında Xalis Əliyevə məxsus mağaza;
- Y.Əliyev küçəsi, 4048-ci məhəllədə Bilqeyis Camalovaya məxsus ərzaq mağazası;
- Y.Eyvazov küçəsi, ev 1 ünvanında “Ruzi market”;

Gəncə şəhərində

- Ə.Əliyev və A.Puşkin küçələrinin kəsişməsində, ev 86 ünvanında “Nicat market”;
- C.Rəfibəyli küçəsi, 63A ünvanında Xəlil Əliyevə məxsus ərzaq mağazası;
- H.Əliyev və Atatürk prospektlərinin kəsişməsində yerləşən “Royal market”;

Şəki şəhərində

- Bağbanlar küçəsində İlham Ramazanova məxsus ərzaq mağazası;

Quba şəhərində

- “Şəhər” bazarı ərazisində Valid Orucova məxsus mağaza;

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
# 1117

Oxşar yazılar