Avqustda marketi qarət edən dəstə üzvləri tutuldu
28 noyabr 2020 12:00 (UTC +04:00)

Avqustda marketi qarət edən dəstə üzvləri tutuldu

Kürdəmirdə avqust ayında marketlərin birinin seyfindən oğurluq edən dəstə üzvləri saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Kürdəmir rayon sakini olan bir nəfər rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onun işlədiyi marketdən oğurluq edilməsi barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Sabirabad rayon sakinləri Rəşad Tağıyev, əvvəllər məhkum edilmiş Samir Niftalıyev və  Saatlı rayon sakini Sabir Muradov saxlanılıb.Araşdırmalarla  onların2000 manat məbləğində pulu marketin seyfindən oğurladıqları müəyyən edilib. S. Niftalıyevin ətrafında davam etdirilən tədbirlərlə onun rayon ərazisindəki daha bir marketdən 900 manat məbləğində pul oğurladığı etdiyi aşkar edilib.  Dindirilmə zamanı həmin şəxslər törətdiyi cinayət əməllərini etiraf ediblər.  

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

# 1270
avatar

Mehman Nəbiyev

Oxşar yazılar