Elektrik xətlərinin altındakı evlərlə bağlı məhkəməyə müraciət olunub
26 fevral 2010 16:30 (UTC +04:00)

Elektrik xətlərinin altındakı evlərlə bağlı məhkəməyə müraciət olunub

Yüksək gərginlikli elektrik xətlərinin altında tikilən evlərin bir qismi ilə bağlı məhkəməyə müraciət olunub.


Lent.az-ın müxbirinin verdiyi məlumata görə, bu barədə jurnalistlərə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.


Etibar Pirverdiyev deyib ki, hazırda qanunsuz tiklilərlə bağlı monitorinq aparılır: “Evlərin fotoşəkilləri, onların tikilməsinə hansı dövlət qurumlarının icazə verilməsi barədə sənədlər də əlavə edilməklə, qanunsuz tiklilərin siyahısı hazırlanır. Amma bu, asan iş deyil, vaxt tələb edir”.


O, belə qanunsuz tiklilərin Abşeron yarımadasında daha çox olduğunu da qeyd edib.
# 580

Oxşar yazılar