Təbrizdə təyyarə qəzası
27 avqust 2010 14:50 (UTC +04:00)

Təbrizdə təyyarə qəzası

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hava yağışlı olduğundan təyyarə endikdən sonra sürüşərək uçuş-enmə zolağından çıxıb. Təyyarə zolağın kənarındakı maneələrə çırpılıb. Nəticədə 2 sərnişin yaralanıb.

Qeyd edək ki, Təbriz hava limanı artıq 57 ildir fəaliyyətdədir. Hava limanından hər gün 16 istiqamətə sərnişin təyyarəsi yola salınır.
# 576

Oxşar yazılar