Əfqanıstan neft çıxartmağa başladı
27 avqust 2010 11:54 (UTC +04:00)

Əfqanıstan neft çıxartmağa başladı

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Təbii Ehtiyatlar Nazirliyi bəyanat verib. Planlaşdırıldığına görə, gələcəkdə hasilat gündə 800 barelə çatacaq.

Nazirlik ölkənin şimalında yerləşən Sari-Pul əyalətində yerləşən yatağın istismarı üçün tender elan etməyə də hazırlaşır. Bu yataqda 1,8 milyard barel neft ehtiyatı olduğu güman edilir.

Gələn il tenderə daha bir yataq çıxarılacaq. Ekspertlərin qiymətləndirməsinə görə, həmin yataqda 1,6 milyard barel neft var.

Mütəxəssislər bildirirlər ki, neft və digər təbii ehtiyatların hasilatı Əfqanıstanın Qərbin maliyyə yardımından asılılığını azaldacaq, ölkənin iqtisadiyyatının bərpasına kömək edəcək.
# 560

Oxşar yazılar