Türkiyədə sel və daşqınlar can aldı
27 avqust 2010 10:14 (UTC +04:00)

Türkiyədə sel və daşqınlar can aldı

Türkiyədə leysan yağışlar sel və daşqınlara yol açıb. Lent.az-ın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Rizədə 1 ev çöküb, dağıntılar altından Akif Kopuz, Muhammet Kopuz və Münevver Kopuzun cəsədləri çıxarılıb.

Bölgədə 2 nəfərin də itkin düşdüyü bildirilir. Rizənin Dağınıksu kəndində də ev çöküb. Bir qadın həyatını itirib, bir nəfər yaralanıb. Veliköy kəndində isə sel sularına qapılan 7 yaşlı Servan Taşkıran ölüb. Bu kənddə dağıntılar altından çıxarılan 7 yaralıdan 3-nün vəziyyəti ağırdır. Rize bələdiyyə sədri Halil Bakırcı ölü sayının arta biləcəyini söyləyib.

Türkiyənin cənub-şərqini Qara dənizlə birləşdirən yol da sular altında qalıb və nəqliyyat üçün bağlı elan edilib.
# 656

Oxşar yazılar