Peşə məktəblərində müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ
26 oktyabr 2020 16:17 (UTC +04:00)

Peşə məktəblərində müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ

Ötən həftə 2020/2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində müraciətlərin təhlili prosesi yekunlaşıb.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, müraciətçilərin nəticələri barədə məlumatlar https://portal.edu.az/ platformasında şəxsi kabinet bölümündədir. Hazırda ixtisas fənn müəllimi və istehsalat təlimi ustası ixtisasları üzrə müraciət edən və ilk mərhələdən uğurla keçən şəxslər müsahibəyə dəvət olunur. Hazırda Bakı şəhəri üzrə yerləşən peşə təhsili müəssisələrində müsahibəyə çıxarılan vakansiyalar üzrə 168 namizədin 293 müraciəti təhlil edilib və 98 namizəd müvafiq müraicətləri üzrə müsahibədən keçirilib.

Ümumilikdə müsahibələrin oktyabrın 30-dək davam etməsi nəzərdə tutulur. Qeyd edək ki, ümumtəhsil fənn müəllimlərinin seçimi MİQ müsabiqəsinin nəticələrinə əsaslanıb. Müraciət edən şəxslər arasında ən yüksək bal toplayan namizədlərə iş təklifi edilib və digər namizədlər ehtiyat siyahısına daxil edilib.

 

 

# 970
avatar

Aygün İbrahimli

Oxşar yazılar