“Bərəkət” əmtəə nişanlı pendir, xama, qatıq almayın!
02 fevral 2010 11:30 (UTC +04:00)

“Bərəkət” əmtəə nişanlı pendir, xama, qatıq almayın!

Sabunçu rayonunda yerləşən fiziki şəxs A.M.Dördyola məxsus müəssisədə istehsal olunan “Bərəkət” əmtəə nişanlı süd məhsulları normativ sənədlərin tələblərinə cavab verməyib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, uyğunluq sertifikatları almaq üçün Dövlət Komitəsinə edilən müraciətə baxılaraq, müəssisədə araşdırma aparılıb, hazır məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib.

Müayinə nəticəsində müəyyən olunub ki, pendir, xama və qatıq məhsulları mikrobioloji göstəricilərinə görə standartların tələblərinə cavab vermir. Məhsulların tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkarlanıb. Həmçinin, fiziki-kimyəvi göstəricilərə görə xamada yağın kütlə payı, qatıqda isə sinkin (ağır metal) kütlə payı normadan çox olub. Aşkarlanan nöqsanlara görə müəssisəyə sertifikat verilməyib və məhsul istehsalı dayandırılıb.
# 712

Oxşar yazılar