İraqda yenə qan su yerinə axdı
26 avqust 2010 13:19 (UTC +04:00)

İraqda yenə qan su yerinə axdı

İraqda səhəri yenə partlayışlarla açılıb. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, paytaxt Bağdaddakı 15 nəfərin ölümü ilə nəticələnən bomba partlayışından sonra Kut şəhərində də bir kamikadze bomba yüklü avtomobillə polis məntəqəsinə girib.

Hücum zamanı 26 nəfər ölüb. Partlayışlar zamanı Bağdadda 56, Kutda isə 87 nəfərin yaralandığı da bildirilir.

Kut və Bağdadla yanaşı ölkənin müxtəlif yerlərindən də bombalı terror aktları haqda xəbərlər gəlir. Rəsmi dairələr ölü və yaralı sayı haqda açıqlama vermirlər.

Qeyd edək ki, ölkədə mart ayından bəri hökumət qurmaq mümkün olmur. Bu qeyri-sabitliyə bir də ABŞ hərbçilərinin ölkədən çəkilməsi təqviminin artıq işə düşməsi əlaqə olunub. Müşahidəçilərə görə, bu, hücumların artmasına səbəb olur.
# 570

Oxşar yazılar