İran Türkiyəyə qaz ixracını dayandırdı
26 avqust 2010 12:46 (UTC +04:00)

İran Türkiyəyə qaz ixracını dayandırdı

Lent.az-ın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Milli Qaz Şirkətinin mətbuat xidmətinin rəhbəri Məcid Bucarzadə məlumat verib. O bildirib ki, qaz ixracının dayandırılmasının səbəbi Türkiyə ərazisində yaranmış texniki problemlə əlaqədardır. Belə ki, qaz ixracı Ankaranın xahişi əsasında dayandırılıb. Məcid Bucarzadə Türkiyə ərazisində texniki problem aradan qaldırıldıqdan sonra qaz ixracını bərpa etməyə hazır olduqlarını söyləyib.

Qeyd edək ki, ötən gecə Türkiyənin Ağrı bölgəsində Eleskirt şəhəri yaxınlığında qaz kəmərində güclü partlayış olub. İran qazı Türkiyəyə məhz bu kəmərlə ixrac olunur. Partlayışın PKK tərəfindən törədildiyi bildirilir.
# 622

Oxşar yazılar