Tacikistanda toqquşmalar başlayıb
26 avqust 2010 11:47 (UTC +04:00)

Tacikistanda toqquşmalar başlayıb

Lent.az-ın “Regnum” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “TojNews” informasiya yayıb.

Yerli sakinlər qarətlərlə bağlı məhkəmənin qərarından qəzəbləniblər. Məhkəmə ən azı 10 mağazanı qarət etməkdə ittiham edilən 5 gəncin barəsində 5 ildən 5 il 6 aya qədər həbs qərarı çıxarıb.

Sakinlərin qərarı hansı səbəbdən ədalətsiz saydıqları barədə məlumat verilmir. Amma məhkəmənin qarşısında başlayan mitinq tezliklə toqquşmalara çevrilib. Toplaşanlar məhkəmə binasının şüşələrini qırıblar, mağazaları qarət etməyə başlayıblar.

Yerli hüquq mühafizə orqanları başıpozuq kütlənin qarşını ala bilmədiyindən, şəhərə əlavə qüvvələr yeridilib. Yaralananlarla bağlı məlumat yoxdur.
# 673

Oxşar yazılar