Vulkan fəallaşdı
26 avqust 2010 11:42 (UTC +04:00)

Vulkan fəallaşdı

Kolumbiyada Galeras vulkanı fəallaşıb. Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, bölgədəki qəsəbə və kəndlərdən minlərlə insan təcili evakuasiya olunur.

Kolumbiya Milli Geologiya İnstitutu vulkanın partlamasının an məsələsi olduğunu açıqlayıb.

Qeyd edək ki, Kolumbiyanın paytaxtı Bogotadan 500 kilometr cənub-şərqdə, And dağlarında yerləşən Galeras vulkanı keçən il 10 dəfə fəallaşıb. Vulkanın ətrafında 8 mindən çox insan yaşayır.
# 677

Oxşar yazılar