Mafiya 72 miqrantı güllələyib
26 avqust 2010 11:12 (UTC +04:00)

Mafiya 72 miqrantı güllələyib

Meksika polisi ABŞ-la sərhəddən 160 kilometr uzaqlıqda yerləşən San Fernanda şəhərində bir bağ evində 72 meyit aşkarlayıb. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, reyd zamanı boynundan yaralanmış bir ekvadorlu polisə müraciət edib.

Məlum olub ki, o, immiqrantları güllələyən mafiya üzvlərinin əlindən qaçmağı bacarmış yeganə şəxsdir. O bildirib ki, silahlı mafiya üzvləri Mərkəzi və Cənubi Amerika ölkələrindən olan 73 miqrantı ABŞ-a keçirəcəklərinə söz veriblər və bunun müqabilində pul alıblar. Ancaq onları bağ evinə yığan silahlılar qəfil atəş açmağa başlayıblar.

Polis bağ evində 58 kişi və 14 qadının cansız bədənini aşkarlayıb. Öldürülən şəxslər Salvador, Honduras, Ekvador və Braziliya vətəndaşlarıdır.
# 1134

Oxşar yazılar