Dövlət Gömrük Komitəsi 17 xidməti it alıb
16 yanvar 2010 12:00 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi 17 xidməti it alıb

Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bununla da komitənin Kinoloji Mərkəzindəki itlərin sayı 39-a çatdırılıb. Əldə olunan itlərdən Naxçıvan Dövlət Gömrük Komitəsi üçün 1, Astara Gömrük İdarəsi üçün 2, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi üçün 5, Bakı Baş Gömrük İdarəsi üçün 1, Xaçmaz Gömrük İdarəsi üçün 1 xidməti it narkotiklərin axtarışı üzrə təlim olunaraq hazırlanıb.


Komitədən bildirilib ki, 2009-cu ildə kinoloji itlərin tətbiqi nəticəsində 10 narkotik qaçaqmalçılığı faktı aşkar olunub və bu faktlar üzrə külli miqdarda narkotik qanunsuz dövriyyədən götürülüb.
# 704

Oxşar yazılar