Azərbaycanın 9 milyonuncu vətəndaşı anadan olub
15 yanvar 2010 20:00 (UTC +04:00)

Azərbaycanın 9 milyonuncu vətəndaşı anadan olub

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın 9 milyonuncu vətəndaşını Naxçıvan şəhər Doğum Mərkəzində Babək rayon sakini Aynur Əhmədova dünyaya gətirib. Yeni doğulan oğlan uşağının çəkisi 2,9 kiloqram, boyu 49 santimetrdir: “Hələlik uşağa ad qoyulmayıb. Biz gözləyirdik ki, Azərbaycanın 9 milyonuncu vətəndaşı yanvarın 14-dən 15-nə keçən gecə doğulacaq. Hər dəqiqə bizə bütün bölgələrdən məlumatlar gəlirdi. Statistikaya əsasən, müəyyən olundu ki, 9 milyonuncu vətəndaşımız məhz Naxçıvanda dünyaya gələn uşaqdır”.
# 707

Oxşar yazılar