Hindistan batır
25 avqust 2010 19:12 (UTC +04:00)

Hindistan batır

Musson yağışlar Hindistanın şimal və şimal-şərqində sel və daşqınlara yol açmaqda davam edir.

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, paytaxt Dehlinin bir qismi su altında qalıb.

Hindistanın şimalında bir sıra rayonların kəndləri də su altındadır, avtomobil nəqliyyatı əlaqəsi kəsilib. Təkcə Assam ştatında 100 mindən çox insan yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb. Şimal-şərq ştatlarında çaylarda suyun səviyyəsi rekord həddə çatıb. Bu gün məlum olub ki, Bixar ştatında ötən gecə 17 nəfər sel sularında, 26 nəfər isə ildırım vurması nəticəsində həyatını itirib.

Sel suları oktyabrda Xalqlar Dostluğu Oyunları çərçivəsində keçiriləcək idman yarışlarının da təxirə düşməsinə səbəb ola bilər. Məsələ ondadır ki, idman obyektlərinin tikintisi musson yağışları və sel suları səbəbindən dayandırılıb.
# 641

Oxşar yazılar