Rusiyada koronavirusdan ölənlərin sayı 20 minə çatır
24 sentyabr 2020 19:39 (UTC +04:00)

Rusiyada koronavirusdan ölənlərin sayı 20 minə çatır

Rusiyada son sutka ərzində daha 6 595 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 128 836 nəfərə çatıb.

Son sutka ərzində 149 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 19 948 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

# 1177
avatar

Oxşar yazılar